Nazir müsabiqəyə qatılan məhkumu əfv etdi - VİDEO

24.12.2015 03:14     Maraqlı     2090

Gürcüstan tarixində bir ilk yaşanıb.

Reaksiya.az-ın qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, “İmedi” telekanalında yayımlanan “O səs Gürcüstan” yarışmasına qatılan məhkum Teona Kolbaya dekabrın 22-də əfv olunub.

Belə ki, müsabiqəyə xüsusi icazəylə qatılan, səhnəyə qadın polislərin nəzarəti altında çıxan 26 yaşlı Kolbaya münsiflərin və izləyicilərin xüsusi rəğbətini qazanıb.

Teona yarıfinalda mahnısını ifa etdikdən sonra səhnəyə cəzaçəkmə və probasiya naziri Kaxi Kaxişvili çıxaraq onun əfv olunduğunu bildirib: “Dünən Əfv Komissiyasının toplantısı oldu və orda qərara aldıq ki, Teona bu gündən azadlığa çıxsın”.

Nazir məhkuma onun əfv olunması haqda sənədi verərək həbsxanaya əşyalarını götürmək üçün gedə biləcəyini söyləyib.

Bundan sonra salondakılar “Bravo” deyə qışqırmağa başlayıblar, telelayihənin aparıcısı və yarışmacılar isə göz yaşlarına hakim ola bilməyiblər.

Teona isə, “Hər kəsə çox təşəkkür edirəm. Bilmirəm ki, nə deyim...Nə baş verməsindən asılı olmayaraq, mən yenə qalibəm” deyib.

Qeyd edək ki, T. Kolbaya “O səs Gürcüstan” yarışmasına oktyabr ayında qatılıb.

Şərhlər