"Keçmiş baş nazir DTK agenti idi!" - Məsələ yenidən gündəmdə

24.12.2015 13:31     Maraqlı     2093

Norveçdə 17 il boyunca baş nazir vəzifəsində çalışan və "millətin atası" kimi xatırlanan siyasətçi Einar Gerhardsenin SSRİ dövründə DTK ilə "isti münasibətlər içində" çalışdığı iddia edilib.

Reaksiya.az xəbər verir ki, TV2 adlı Norveç kanalının araşdırmasına görə, bununla bağlı "inandırıcı" dəlillər, keçən il ictimaiyyətə açıqlanan Vasili Mitroxin adlı keçmiş DTK agentinə aid sənədlərin araşdırılması nəticəsində ortaya çıxıb.

Norveç Fəhlə Partiyasının lideri Gerdahrdsenin 1945-1949 və 1955-1965-ci illərdə baş nazir olduğu dövrdə də DTK ilə əlaqədə olduğu və "Yan" kod adından istifadə etdiyi iddia olunub. Eyni zamanda Einar Gerhardsenin kabinetindən iki nazirin də DTK-ya “işlədiyi” bildirilib.

Sizə təıqdim etdiyimiz fotoda Gerhardsen 60-cı illərdə Moskvaya səfəri zamanı SSRİ KP MK-nın baş katibi Nikita Xruşov ilə səmimi söhbət edirlər.

Şərhlər