Vanqanın düz çıxan öncəgörmələri və gələcəyə yönəlik proqnozları...

01.01.2016 20:36     Maraqlı     2820

Yeni 2016-cı ilin gəlişi ilə ilk növbədə görücü Vanqanın gələcəklə bağlı proqnozları yada düşür.

BAKU.WS-in məlumatlarına görə, Şahzadə Diananın ölümü, II Dünya müharibəsinin nəticəsi, Qandinin ölümü, 11 sentyabr terroru və Obamanın ABŞ prezidenti olacağınadək proqnozları düz çıxan Vanqanın 2016-cı ildən sonrakı öncəgörmələri də maraq doğurur. 
 
Görücü bu il Şimal yarımkürəsində radiaktiv təsirlərdən sağ çıxan heyvan və bitkilərin sonradan yoxa çıxacağını deyib. 
 
Vanqa 2018-ci ildə dünyanın bir nömrəli gücünün Çin olacağını bildirib. 
 
Ekstrasens Yer kürəsinin 2023-cü ildə orbitindən çıxacağını proqnozlaşdırıb. 2026-cı ildə isə Avropa qitəsinin əhalisi əhəmiyyətli dərəcədə azalacaq. 
 
2028-ci ildə yeni enerji növü kəşf ediləcək. Elə bu il içərisində insan olan kosmik gəmi Venera planetinə göndəriləcək. 
 
2033-cü ildə Qütblərdəki buzlaqlar əridikcə Yer kürəsinin su səviyyəsi artacaq. 
 
2043-cü ildə Dünya iqtisadiyyatı çiçəklənəcək və müsəlmanlar Avropanın hakimi olacaq. 
 
2046-ci ildə orqan transplantasiyası ən asan əməliyyat halına gələcək. 

Şərhlər