Ronaldo anasına 82 min avroluq hədiyyə bağışladı

03.01.2016 16:35     Maraqlı     1387

Dünyanın ən çox pul qazanan futbolçularından biri olan və məşhur ABŞ iqtisadiyyat jurnalı "Forbes"ə görə 2015-ci ildə təxminən 70 milyon avro qazanan "Real" Madridin portuqaliyalı ulduzu Kristiano Ronaldo anasına doğum günündə inanılmaz hədiyyə alıb.
 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur futbolçu anası Dolares Eveiroya doğum günü hədiyyəsi olaraq təxminən 82 min avro dəyərində "Porsche Boxter" avtomobilini hədiyyə edib.
 
Portuqaliyalı futbolçunun anası Dolares Eveiro Instagram hesabında oğlunun hədiyyəsini paylaşaraq bu sözləri yazıb: "Oğlumun mənə hədiyyəsi olan yeni oyuncağım".

Şərhlər

Çox oxunanlar