Əkizlərdən biri 2015-də, digəri 2016-cı ildə doğuldu - FOTO

04.01.2016 16:45     Maraqlı     2241

ABŞ-da əkiz körpələr müxtəlif illərdə doğulublar.

“Reaksiya” ANS PRESS-ə istinadən xəbər verir ki, belə maraqlı hal Yeni il gecəsi qeydə alınıb.

Kaliforniyada hamilə qadın bayram günü doğuş üçün xəstəxanaya gətirilib. San Diyeqo xəstəxanasında əkiz körpələrini dünyaya gətirib. Körpələrdən biri oğlan, digəri isə qız olub.

Helin adlandırılan qız 31 dekabr 2015-ci ildə saat 23:59-da doğulub. Qardaşı Luis isə ondan 3 dəqiqə sonra dünyaya gözlərini açıb. Bu isə 2016-cı il saat 00:02-yə təsadüf edib. Bununla da onlardan biri ilin son, digəri isə ilk körpəsi adını qazanıb.

3 dəqiqə fərqlə fərqli illərdə doğulan körpələrin fotoları bütün dünyada yayılıb. Qısa müddət ərzində körpələrin fotosunu minlərlə insan bəyənib və paylaşıb.

Onlardan birinin çəkisi 2, digəri isə 2,5 kq olub. Əkizlərin İzabella adında bir bacıları da var. Uşaqların valideynləri körpələrin ad günlərinin eyni gündə qeyd ediləcəyini deyib.

Doğuşa yardım edən 34 illik tibb bacısı da belə bir hadisə ilə ilk dəfə üzləşdiyini deyib. Hazırda ana və körpələrin vəziyyəti stabildir.

Maraqlısı odur ki, bu, bayram günü baş verən ilk belə hadisə olmayıb. Kaliforniyanın Venture şəhərində də əkizlər bir dəqiqə fərqlə fərqli illərdə dünyaya gəliblər. Körpələr vaxtından bir ay öncə doğulublar.

Şərhlər

Çox oxunanlar