Bu universitetdə cümə namazı zamanı dərs olmayacaq

12.01.2016 12:11     Maraqlı     2303

İstanbul Texniki Universitetində bu ildən başlayaraq cümə namazları zamanı dərs olmayacaq. "Reaksiya" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə rektor Mehmet Karacanın yeni ilin dərs planının yazılması zamanı verdiyi tapşırıqda deyilir. Rektor dərslərin cümə namazına görə hazırlanmasını əmr edib.

Qeyd edək ki, keçən həftə Türkiyədə rəsmi olaraq dövlət idarələrində işləyənlərin cümə namazına getmələri üçün lazımi tədbirlər görülməsi əmri verilmişdi.

Şərhlər

Çox oxunanlar