Prezidentin məmurlara tövsiyə etdiyi maşın - VİDEO

26.01.2016 19:49     Maraqlı     2950

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib.

“Naxçıvanda avtomobil zavodu var. Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-deyə ölkə başçısı bildirib.

AzVision.az Prezidentin məmurlara tövsiyə etdiyi avtomobil haqda maraqlı məlumatları oxuculara təqdim edir:

Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalayıb. 



Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olunur.
Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib. Zavod 2,6 hektar ərazidə yerləşir. 



Zavod 4 ban növündə avtomobil istehsal edir: Premium, Sedan, Suv, Mini. 

Hazırda NAZ-ın satışa çıxardığı avtomobil modelləri bunlardır: 

LIFAN 330 
LIFAN 320 MINI 
LIFAN X60 SUV 
LIFAN X50 SUV 
LIFAN 630 
LIFAN 620 
LIFAN 820 PREMIUM
LIFAN720 PREMIUM



“NAZ Lifan” avtomobillərinin qiyməti markasından asılı olaraq 7-20 min manat civarındadır. Zavodun istehsal gücü ildə 5 min ədəddir.

Şərhlər