M.Ə.Rəsulzadənin “Gəncliyə Xitabı" işarət dilində hazırlanıb - VİDEO

28.01.2016 21:22     Maraqlı     3358

Bakıda Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin  “Rəsulzadənin Gəncliyə Xitabı (işarət dili)” adlı videoçarx çəkilib. Video çarxın əsas özəlliyi onun işarət dilində hazırlanmasıdır. “Reaksiya”ya açıqlamasında video çarxın müəllifi Ayaz İlyasov bunları deyib:  “BU videoçarxda “Əsrimizin Səyavuşu” əsərinin sonunda Rəsulzadənin gəncliyə müraciətlə dediyi hissədən və hamımızın dəfələrlə eşitdiyi 28 may 1953-cü il tarixli çıxışından istifadə edilib. Bu iki parçanı birləşdirib bir mətn halına gətirməyimə səbəb hər iki parçada deyilən sözlərin Azərbaycanın istiqlalı, gənclər üçün maraqlılğı və tarixi əhəmiyyətliliyi baxımından önəmli olmasıdır.

Videoçarxın hazırlanması ideyası ağlıma keçən ilin dekabrın 7-də gəldi. Fətəli xan Xoyskinin 140 illik yubileyinə təsadüf edən gün. Çoxları kimi mən də deyinməyə başladım ki, bu qədər tarixi önəmi olan şəxsin yubileyi münasibəti ilə heç kim heç nə etmir və s. və i. Sonra isə özümə “guya sən nə etmisən?” sualını verəndə cavab “heç nə” oldu. Beləliklə deyinməkdənsə, fəaliyyətin daha yaxşı olduğu fikrinə gəldim. Səhərisi gün bu ideyanı Rəşidə dedim. Çox sağ olsun, elə həmin an “edək” dedi. Və bununla da hazırlıqlarımız, iştirakçılar və digər texniki məsələlərlə əlaqədar işlərimiz başladı. Nəticədə hazırda gördüyünüz videoçarx yarandı”.

Şərhlər

Çox oxunanlar