Facebook-un təsisçisi bir günə 6 milyard qazandı

29.01.2016 13:15     Maraqlı     2149

Facebook sosial şəbəkəsinin təsisçisi və baş direktoru Mark Tsukerberq bir gün ərzində planetin ən varlı insanları siyahısında iki pillə qalxıb və altıncı yerə sahib olub.
 
Trend Reuters-ə istinadən xəbər verir ki, Bloombergin versiyasına görə, M.Tsukerberqin gəliri Facebook-un hesabatı dərc etdirildikdən sonra gəlir çox qısa zaman ərzində 6,2 milyard artıb.
 
Bloomberg Facebook-un təsisçisinin aktivlərini 47,6 milyard dəyərləndirib. Reytinqə görə, M.Tsukerberq bununla Koch Industries rəhbərləri Çarlz və Devid Kox (siyahıda altıncı və yeddinci yerlər) qardaşlarını geridə qoyub.
 
Hazırda M.Tsukerberqdən varlı olanlar bu şəxslərdir: "Microsoft” şirkətinin təsisçisi Bill Qeyts, Amazon rəhbəri Cozef Bezos, amerikanlı investor Uorren Baffet və biznesmen Karlos Slim.
 
Sosial şəbəkələrin məlumatına əsasən, Facebook-un 2015-ci il üçün gəliri 25 faiz artaraq 2,94 milyardan 3,69 milyarda yüksəlib.

Şərhlər