Bu il körpələrə ən çox qoyulan adlar

09.02.2016 16:54     Maraqlı     6200

Oğlanlar arasında Yusif, qızlarda isə Zəhra üstünlük təşkil edir.

Bu il Azərbaycanda doğulan uşaqlara ən çox verilən adlar açıqlanıb. Ədliyyə NazirliyindənANS PRESS-ə verilən məlumata görə, oğlan adları arasında ən çox verilən Yusif olub. Belə ki, bu il 128 uşağa bu ad verilib. 

İkinci pillədə Hüseyn qərarlaşıb. Yeni ildə doğulan 94 oğlan bu adla adlandırılıb. İlk üçlüyü 80 nəfərlə Əli bağlayır. Onu 68 və 45 adla müvafiq olaraq Ömər və Məhəmməd izləyir. 

Qız adları arasında da hər il olduğu kimi dini adlar üstünlük təşkil edir. 2016-cı ildə doğulan 93 körpə Zəhra adlandırılıb. Onu Nuray (103), Fatimə (70), Aylin (63) və Ayan (54) izləyir. 


Son 5 ildə körpələrə verilən adlar

Ümumiyyətlə qeyd edilən adlar ötən il də çox verilən adlar siyahısındadır. Ədliyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, oğlan körpələrinə verilən adlar arasındaYusif üstünlük təşkil edir. Belə ki, ancaq 2015-ci ildə 3555 uşağa bu ad verilib. 
İlk beşlikdə yer alan adların sırasında Əli (2472), Hüseyn (2533), Məhəmməd (1492) və Ömər (1672) olub. 
Qızlara ən çox verilən adlar - Zəhra (3512), Nuray (2474), Fatimə (2303), Aylin (1773) və Ayan (1531). 

Şərhlər

Çox oxunanlar