Beyin silkələnməsi ilə intihar arasında əlaqə varmı? Yeni araşdırma

10.02.2016 15:39     Maraqlı     1217

Beyin silkələnməsi keçirmiş insanlar digər insanlarla müqayisədə 3 dəfə daha tez intihar edirlər.

Reuters agentliyi xəbər verir ki, bu qərara Toronto Universiteti alimləri gəlib.

Alimlər beyin silkələnməsi keçirmiş 230 min insan haqqında məlumat toplayıb. Nəticədə alimlər belə qərara gəliblər ki, bu insanlar arasında intihar edənlərin sayı belə travma almayan insanlarla müqayisədə xeyli çoxdur. Alimlərin fikirinə görə, bunun səbəbi beyin silkələnməsi keçirmiş insanlarda yuxusuzluq və depressiya kimi pozulmaların daha tez inkişaf etməsidir.

Alimlər vurğulayırlar ki, beyin silkələnməsi bilavasitə intiharın səbəbi olmur. Lakin həm həkimlər, həm də pasiyentlərin beyin silkələnməsi ilə intiharın arasında olan gizli əlaqə haqqında məlumatı olmalıdır.

Saglamolun.Az

Şərhlər