Uzunsürən hıcqırtı təhlükəli xəstəliklərin simptomu ola bilər

10.02.2016 18:17     Maraqlı     1276

İngiltərədə qeyri-adi hadisə baş verib. 35-yaşlı kişi həkimlərə müraciət edərək bidirib ki, artıq 5 gündür ki, hıcqırtıdan əziyyət çəkir.

Heç bir dərman preparatının köməyi ilə hıcqırtını dayandırmaq mümkün olmayıb.

Saglamolun.Az xəbər verir ki, xəstənin vəiyyəti getdikcə daha da ağırlaşırdı - xəstə qulaqlarında səs eşidir, ürəkbulanması hiss edirdi, onun sol qolu keyiyirdi.

Həkimlər xəstəyə beyinin tomoqrafiyasını təyin ediblər. Nəticədə məlum olub ki, xəstənin boyun hissəsində hemanqioblastoma şişi inkişaf edib. Şiş diafraqmaya gedən sinirləri sıxırdı ki, nəticədə xəstədə hıcqırtı inkişaf edib.

Neyrocərrahlar şişi xaric ediblər və bununla da xəstə üzücü hıcqırtıdan qurtulub.

Həkimlər qeyd edir ki, uzunsürən hıcqırtı tutmaları insanda ciddi xəstəliyin olmasına işarə edə bilər. Bu səbəbdən hıcqırtı sizi uzun müddət ərzində narahat edir və keçmirsə, mütləq həkimə müraciət edin.

Şərhlər