"Skype"da yeni virus - Danışıqlarınız dinlənilir

11.02.2016 12:45     Maraqlı     1810

"T9000" adlanan yeni virus "Skype" istifadəçilərinin danışıqları və şəxsi məlumatlarını yazır.
 
Reaksiya” “Azvision.az”-a  istinadən xəbər verir ki, ilk dəfə virus haqqında məlumatı "Palo Alto Networks" şirkətinin ekspertləri yayıblar. Bu zərərli proqramı hətta "Kaspersky", "Norton", "AVG" və digər məşhur antiviruslar da aşkarlaya bilmir.
 
“Bu virusun ilkin funksiyası istifadəçi haqqında məlumat yığmaqdır”, - deyə "Palo Alto" eksperti bildirib.
 
Kompüterlər Rich Text Format (RTF) formatında faylların işə salınması ilə bu virusa yoluxur. Bundan sonra troyan çoxpilləli quraşdırma prosesini işə salır ki, bu da hər addımda anti-virus proqram təminatının olub - olmamasını yoxlayır.
 
Tam yoxlamadan sonra virus yoluxmuş sistemdən məlumatları toplayıb və hakerin serverinə göndərir.
 
`Skype` rəsmisi isə yeni virus haqqında məlumat və onun potensial təhlükələri araşdırılır.

Şərhlər