Tanınmış müğənni 8 övladı ilə birgə - Fotolar

14.02.2016 16:15     Maraqlı     1353

Türkiyəli müğənni İzzet Yıldızhan 8 övladı ilə ilk dəfə fotokamera qarşısına keçib.

AzNews.az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçı ailəsindən bəhs edib:

“Məni həyatda hər şeydən çox övladlarım həyəcanlandırır. Beşulduzlu dünya brendi olan otelin sahibiyəm. Ankarada iş mərkəzi açmışam. Eyni zamanda da müğənniyəm. Uşaqlarıma çətinliklə vaxt ayıra bilirəm. Ailəmi bir yerdə tutmağa çalışıram. O vaxtlar ailə bağları daha möhkəm olurdu. Bizim nəsil 2500 nəfərdən ibarətdir. Övladlarımın hamısı təhsil alır. Mənim onlara vəsiyyət etdiyim otelim, pulum, var-dövlətim bitər, amma aldıqları savad bitməz. Ona görə də təhsillərinə xüsusi diqqət ayırıram”.





Şərhlər