“Samsung”dan yeni məhsul: “ağıllı” idman ayaqqabıları - VİDEO

17.02.2016 14:44     Maraqlı     1306

“Samsung” şirkəti “Mobile World Congress” sərgisində “ağıllı” ayaqqabılarının təqdimatını keçirəcək.  

 

İKT.lent.az-ın “theverge.com”a istinadən verdiyi xəbərə görə, ayaqqabıdakı sensorlar idman zamanı sahibinin hərəkətləri əsasında ona fitnes rejimini necə yaxşılaşdırmaq və yaxud qolf zamanı daha dəqiq zərbə endirmək barədə məsləhətlər verir.

 

İstehsala “İofit” adlanan 2 model təqdim olunub. İlk model qaçış üçün adi idman ayaqqabısına (krossovka) bənzəyir. İkinci model isə qolf üçün nəzərdə tutulan çəkməyə oxşayır. Hər iki modeldə təzyiq datçikləri və akselerometr quraşdırılıb, onlar Android plartformasındakı əlavələrə məlumat göndərir və bunun əsasında ayaqqabının sahibi üçün faydalı məsləhətlər ortaya çıxır.  

 

Artıq “ağıllı” ayaqqabıların qiyməti bəlli olub. Krossovka 199 dollar, qolf çəkməsi isə 299 dollara satılacaq.

Şərhlər