Azərbaycanda qız uşaqlarına verilən qeyri-adi adlar

22.02.2016 13:11     Maraqlı     6850

Azərbaycanda yeni doğulan körpələrə qoyulan adlar arasında qız uşaqlarına daha yaradıcı, fərqli adlar verilməyə başlanılıb.

 Reaksiya.info   "Report"a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin məlumatlarına görə bu ilin yanvar ayı ərzində oğlan uşaqlarına qoyulan adlar arasında nisbətən fərqli olan Raul (24), Fateh (14), Onur (12) kimi adlar qoyulub.

Oğlan uşaqlarına əsasən, bütün zamanlarda daha çox verilən adlar verilir. Qız uşaqlarına verilən adların siyahısında isə yaradıcı, yeni adlar daha yer alıb. Belə ki, yanvar ayı ərzində Azərbaycanda doğulan 5 qıza Milana, 14 qıza Miray, 20 qıza isə, Nilay adı verilib.

Bundan başqa yanvar ayında qız uşaqlarına qoyulan adların siyahısında Nur (21), Banu (37), Aysu (32), Əsma (26), Damla (18), Əsnad (13), Duyğu (12), Mehin (11), Sevgi (11), Məsumə (11), Elif (8), Safiya (7), Sofiya (7), İlknur (6), Nihan (6), Selin (6), Səmra (6), Emiliya (5), Emilya (5) kimi adlar yer alıb.

Şərhlər