Nikbin insanla bədbin insan arasında 7 fərq

24.02.2016 12:12     Maraqlı     3555

Bizim hər birimiz unikal və fərqliyik, lakin bizi əhatə edən dünya elə məhz biz özümüzük. Hər şey bizim ona və düşdüyümüz şəraitlərə olan reaksiyamızdan asılıdır.

Məlum olduğu kimi, nikbin əhval-ruhiyyəli insanlar bədbinlərə nisbətən baş verənlərə daha rahat reaksiya verməklə fərqlənirlər. Onlar hər bir yeni günə özlərini inkişaf etdirmək, öz dünyalarını daha da gözəlləşdirmək üçün əlverişli bir imkan kimi baxırlar. Onlar öz həyatları üzərində məsuliyyətlərini tam dərk edirlər və buna görə əllərindən gələn hər bir şeyi etməyə çalışırlar, axı nəticədə onları xoşbəxtlik gözləyir. Sabah onlar şübhəsiz ki bugünkündən daha yaxşı olmağa can atacaqlar, çünki bir şəxsiyyət olaraq daim inkişaf etmək əzmindədirlər.

Aşağıda sadaladığımız 7 sadə xüsusiyyəti görsəniz əmin olun ki qarşınızdakı nikbin bir insandır!

Özünəqiymət ən yüksək səviyyədədir!

Nikbin bir insanın xətrinə dəyən insan əsla gözləməsin ki qarşısındakı cavab olaraq ondan inciyəcək. Səbəb? Hər şey çox sadədir: Nikbin neqativ sözləri şəxsi olaraq qəbul etmir. O hesab edir ki, xətrinə dəymək üçün işlədilən sözlər qarşısındakının mənəvi simasından xəbər verir və buna görə də o təhqiri özünə qarşı yönəlmiş hesab etməyəcək. Onun özünəqiyməti ətrafdakıların deyil, onun özünün özü haqqında olan fikirlərindən formalaşır.

Uğursuzluq məyus etmir

Nikbin insanlar deyir: “Pis nəsə baş verə bilməz, baş versə belə o yeni təəssüratların təcrübəsi olacaq!” Nikbin çox güman ki, onu bazar günü səhər saat 6-da qeyri-adi bir səyahətə dəvət etsəniz, sizə “Bəli” cavabını verəcək. Onlar baş verəcəklər barədə önəcədən hər hansı bir fikrə malik olmadan hər şeydən yalnız pozitiv və maraqlı bir şeylər gözləyirlər.

Hər baş verəndə nəsə maraqlı bir şey tapırlar

Təbəssümü ilə müşaiyət olunan balaca və xoş anları nikbin insanlar səhrada yandırıcı günəş şüaları altında, boz bir şəhərdə yağış altında və hətta Şimal qütbündə qar çovğununda gəzərkən belə tapa bilirlər. Onların düşüncə tərzi – həyatda olan hər bir maraqlı şeyi kəşf etməkdən ibarətdir və məhz buna görə də onlar hər zaman daha yüksək əhavl-ruhiyyədə olurlar.

Onlar yalnız xoş bir ünsiyyət axtarışındadırlar

Siz axı təbəssümə cavab olaraq üz-gözünüzü turşuda bilməzsiniz, elə deyilmi? Biz hamımız insanıq və nikbin insanlar çox gözəl anlayırlar ki, kiminsə günü uğursuz alına bilər. Onların əqidələrinə görə, əgər qarşındakı şəxs deyinirsə bu ona qarşı neqativ köklənməkdən deyil məhz gününün uğursuz keçməsindən irəli gəlir. Onlar hər zaman həmsöhbətlərinin xoş niyyətli olduqlarını düşünürlər.

Onlar hər zaman bağışlayırlar

Kədərli keçmişi unutmaq – nikbin insanlar üçün həyata davam etmək və inkişaf etmək üçün yeganə üsuldur. Buna görə də onlar stressdən daha az əziyyət çəkirlər – çünki bu neqativ haldan özlərini qaruya bilirlər. Qəzəb və narazılıq, bir qayda olaraq insanlara pis təsir edir, buna görə də nikbin insanlar qıcıqlandırıcı, narahatlıq yaradan və ağrıya səbəb olan vəziyyətlərdən uzaqlaşmaq yolunu seçirlər.

Nikbin insanlar minnətdardırlar

Onlar özləri üçün vacib olan hər bir şeyi qiymətləndirirlər: hər səhər oyandıqda başları üstündə olan dama, masa üzərində olan yeməyə və dəyər verdikləri yaxınlarına görə minnətdar olurlar. Taleh onları çətinliklərlə imtahan etdikdə və ya hər hansı bir pis hadisə baş verdikdə isə onlar öz-özlərinə bunun da normal olduğunu deyir, bununla həyat təcrübəsi qazandıqları ilə təsəlli verirlər.

Onlar hər zaman ən yaxşıya ümid edir və heç vaxt ruhdan düşmürlər

Nikbin insanlar öz meyarlarını yüksək saxlayır, hər zaman öz güclərinə inanaraq digərlərindən daha çox arzularına çatırlar. Uğursuzluğa düçar olduqda isə problemə məsələni qeyri-standart yolla həll etmək şansı kimi yanaşırlar.

 

(Maraqli.info)

 

Şərhlər