Rayan Ross - 15 yaşlı milyonçu

24.02.2016 15:34     Maraqlı     2230

Rayan Rossun üç yaşı olanda o ata evinin arxa həyətində toyuq ferması tikir. İndi onun 15 yaşı var. Bu cavan milyonçu artıq dörd şirkət qurmuş və hal-hazırda ən cavan milyonçulardan hesab edilir. Məhz buna görə də media nümayəndələri ona Balaca Tramp (Tiny Trump) ləqəbi qoyublar.

Öncə Rayanın 60 toyuğu var idi və o bir düjün yumurtanı 3 dollara satırdı. Bu isə gün ərzində 15 dollar edirdi. Toyuq biznesindən yorulan Rayan yeni bir işə əl atır. O qazonları kəsməklə məşğul olmağa başlayır. Bir saat üçün 20 dollar zəhməthaqqı götürən balaca iş adamı qazon kəsən maşına gücü çatmadığı üçün bu işlə məşğul ola biləcək daha yaşlı tanışlarına müracitə edir və onlara bir saat üçün 15 dollar pul ödəyirdi.

Beləcə bir saat ərzində 15 dollar qazanan Rayan əslində əlini ağdan qaraya belə vurmurdu. Növbəti şirkətdə də analoji hal baş verir. Qazonun sulanması üçün 200 Kanada dolları alan Rayan bu işi görəcək adamı tapıb ona 100 dollar verirdi. Hətta valideynləri də bəzən onun bütün bu işləri necə düşündüyünə təəccüblənirdilər.

Özbaşına Rayan öz pullarını daşınmaz əmlaka sərmayə edir. Hal-hazırda onun Ontario şəhərində bə Britaniya Kolumbiyasında 6 binası var. O öz ailəsi üçün hokkey və basketbol meydançaları almış, özünə isə 4 min kitab hədiyyə etmişdir. Bütün bunlara baxmayaraq uşaq vaxtlarına valideynləri ona mobil telefonu qadağan etmişdilər.

Onun məktəb yoldaşları hələ də Rayanın bizneslə məşğul olduğuna inana bilmir və onun lovğa olduğunu düşünürlər. Lakin gənc milyonçu öz ambisiyalarını daşınmaz əmlaka qoyulan investisiyalardan qat-qat uzaqlara aparmaq niyyətindədir.

Rayanın dediyinə görə o iki hokkey komandası alıb liqada iştirak etmək istəyir. Bu məqsədlə balaca milyonçu valideynləri ilə birgə komandaların sahibləri ilə görüşlər keçirir.

 

(Maraqli.info)

Şərhlər