Qulağınızı təmizləyərkən bunlara diqqət edin

25.02.2016 17:30     Maraqlı     1601

Əgər qulaqlarınızda heç bir sağlıq problemi yoxdursa, qulaqlarınız özü-özünü təbii olaraq təmizləyərlər. Ancaq qulaq kiri qulağınızı tıxayıb, uğultu səsi kimi narahatlıqlara səbəb ola, düzgün eşitmənizi əngəlləyə bilər.

 

Buna görə arada bir qulaqlarınızda yığılmış kiri çıxartmalısınız. Əgər aşağıdakı əlamətlər sizə tanış gəlirsə, deməli, qulaqlarınız qulaq kiri ucbatından tıxanıb:

 

Ağrı və eşitmə zəifliyi

Qulaq cingiltisi

Qulağın qaşınması və ya pis qoxuyan axıntı olması

 

Evdə qulaqlarınızı necə təmizləyə bilərsiniz?

 

Lent.az qulaq kirini təmizləməyin doğru yollarını təqdim edir.

 

 

Toplanan kiri masaj edərək çıxarın

 

Eşitmə kanalını tutan qulaq kirini çıxarmaq üçün qulağınızın arxasındakı hissəyə masaj etməniz və bir yandan da ağzınızı açıb bağlayaraq qulağınızı fərqli yönlərə doğru çəkməniz lazımdır.

 

Hidrogen peroksid

 

Hidrogen peroksid və ya oksigenli su həm qulağı tıxayan kiri çıxardır, həm də qulaq ağrılarınaın həllində yardımçıdır.

Bunun üçün yarım stəkan oksigenli su və yarım stəkan ilıq suyu qarışdırıb bir şprisə doldurun. Uzanın, problemli qulağınızın içinə bu mayedən damcıladın. 3-5 dəqiqə gözləyin. Ardından başınızı əyərək qulağın içindəki suyu boşaldın və sadəcə ilıq su istifadə edərək eyni şəkildə qulağınızı durulayın. Oksigenli su yerinə uşaq yağı və ya mineral su da istifadə edə bilərsiniz.

 

Zeytun yağı

 

Hidrogenli su ilə necə edirdinizsə, zeytun yağını da o qayda ilə istifadə edin. Qulağın içinə təsir etməsi üçün 15 dəqiqə saxlayın və bu üsulu gündə 3 dəfə, 3 və ya 4 gün boyunca təkrarlayın.

 

İsti su şüşəsi

 

Bu evdə tətbiq edə biləcəyiniz ən sadə üsuldur. Etməli olduğunuz şey bir şüşə götürüb içinə isti su doldurun. İlıq olan kimi şüşəni götürüb problemli qulağın üstünə qoyun və təxminən 15 -30 dəqiqə gözləyin. Qulaq kirinin yumşaldığını və daha rahat təmizləndiyini görəcəksiniz.

 

Yuyulma

Apteklərdə qulaq yumaq üçün özəl borular var. Bədən istiliyində ilıq su istifadə etməlisiniz. Qulaqlarınızı yuduqdan sonra yaxşıca qurulayın.

 

Dəmlənmiş çobanyastığı ilə qulaq vannası

 

Qarışımı hazırlamaq üçün iki yemək qaşığı çobanyastığı çiçəyi və bir stəkan su istifadə edin. Dəmləyin, ilıq olandan sonra yaxşıca süzün.

Bu qarışımı istifadə etmədən əvvəl qulağınıza 3 damcı zeytun yağı damcıladın və 5 dəqiqə saxlayın. Ardından qulağınıza yuma borusunun yardımı ilə dəmlədiyiniz qarışımı tökün və durulayın.  

Problem həll olunmazsa, mütəxəssis yardımı alın.

 

 

Qulağınızı təmizləyərkən bunlara diqqət edin:

 

Qulağınızda sizi narahat edən bir şey hiss edirsinizsə, içinə yad bir cism salmayın. Pambıqlı çöpləri və ya pambıq toplarını bu halda qətiyyən istifadə etməyin. Əgər qulaq pərdəsində yırtıq varsa, qətiyyən qulağınıza oksigenli su damcıladaraq və ya evdə təmizləməyə çalışmayın.

 

Qulağınızı təmizləyərək gur təzyiqli su istifadə etməyin, əks təqdirdə qulaq pərdəsi cırıla bilər. Həm də infeksiyaya səbəb olmasın deyə qulaqlarınızı çox tez-tez təmizləməyin.

Yuxarıda qeyd etdiyimiz üsulların heç biri 12 yaşınadək olan uşaqlar üçün uyğun deyil.  Unutmayın, qulaq kiri əslində qulaqlarımızı tozdan, mikroorqanizmlərdən və eşitmə kanalına girib zərər verə biləcək digər şeylərdən qoruyur. Buna görə qulaqlarınız həqiqətən təmizlənməyə ehtiyac duyulmayanda təmizləməyin. Qulaq kirlə tıxananda təmizləyə bilərsiniz.

Şərhlər