Janna Darkın üzüyü rekord qiymətə satıldı

28.02.2016 13:54     Maraqlı     1285

Fransanın milli qəhrəmanı Janna Darkın gümüş üzüyü Londonda keçirilən “TimeLine Auctions” hərracında rekord qiymətə - 297,6 min funt sterlinqə (420 min dollar) satılıb. Bu barədə hərracı təşkil edən kompaniyanın baş meneceri Kris Ren məlumat verib. 
 
Həm telefon və internet, həm də birbaşa hərrac zalında onlarla kolleksiyaçı tarixi hadisələr nəticəsində ingilis kralı VII Henrixin (1457-1509) əlinə keçən və satış tavanı 21 min dollar məbləğində qiymətləndirilən XV əsrin zinət əşyasına sahib olmaq uğrunda mübarizə aparıb. Son mərhələdə iki kolleksiyaçının bəhsləşməsi nəticəsində təklif olunan məbləğlər lotun real qiymətini on dəfələrlə üstələyib. 
 
Trend

Şərhlər

Çox oxunanlar