Süd və süd məhsulları barədə bilmədiyiniz maraqlı faktlar

29.02.2016 17:14     Maraqlı     2531

Süd insan sağlamlığı üşün əvəzedilməz bir məhsuldur. Onun faydaları barədə internetdə kifayət qədər məlumat almaq olar. Bu məqaləmizdə süd ilə bağlı bəzi maraqlı faktları sizinlə bölüşmək istərdik.

  • Süddən yapışqan, rəng və bəzi növ plastik maddə istehsalında xammal kimi istifadə olunur.
  • Statistikaya görə insanların ən çox sevdikləri qida növü pendir sayılır.
  • İnəklərin özlərindən başqa ən böyük süd istehlakçısı Finlandiya hesab edilir.
  • The Beatles qrupunun ilk milli turu münasibətilə Baskin-Robins şirkəti Beatle Nut adlı dondurma hazırlayır.
  • Böyük Karln ən çox sevdiyi yemək pendir olub.
  • Pendiri dəvə, maral, sığın, qoyun da daxil olmaqla 24 heyvan növünün südündən hazırlamaq mümkündür.
  • Qalaktika sözü yunanca süd mənasını verən galaktos sözündən yaranıb.
  • Amerikanın şərq sahillərində yaşayan sakinlərin payına bütün dünyada istehlak edilən dondurmaların yarısı düşür.
  • Əgər siz pendiri çox sevirsinizsə sizi turofil adlandrmaq olar.
  • Şokoladlı süd İspaniyada populyar səhər yeməyi hesab edilir.
  • Amerika Birləşmiş Ştatlarında ilk dəfə 1957-ci ildə marqarin kərə yağından daha çox istehlak edilib. Hal-hazırda marqarin bu sahədə çox irəlidədir.
  • Ən məşhur Amerikan şairlərindən biri, dördqat Pulitser mükafatı laureatı olan Robert Frost bir vaxtlar öz şəxsi fermasına sahib idi. Orada səhər tezdən durmamaq üşün inəkləri gecə ikən sağırdılar.
  • Yuxarıda adı çəkilən məşhur Baskin Robins şirkəti bir dəfə ketçup dadı verən dondurma hazırlayıb.

(Maraqli.info)

Şərhlər

Çox oxunanlar