Hitler qadın olub?

02.03.2016 10:54     Maraqlı     1883

Rusların 1945-ci ilə ələ keçirərək nasist Almaniyasının lideri Adolf Hitlerə aid olduğunu iddia etdikləri kəllə üzərində aparılan araşdırma şok nəticəni ortaya qoyub.


Kəllə əslində bir qadına aid olub.

Harvard Universitetinin bir qrup alimi SSRİ hərbçilərinin 1945-ci ildə ələ keçirdikləri və Hitlerə aid olduğu iddia edilən kəlləni genetik laboratoriyada araşdırıb. Araşdırmalar zamanı kəllənin əslində qadına aid olduğu müəyyənləşdirilib.

Universitetin professoru, tibb antropoloqu Hans Verner kəllənin bir qadına aid olduğunu bildirərək "Connecticut” Universitetinin 2009-cu ildə gəldiyi qənaəti təsdiqləyib: "Bu necə mümkün ola bilər? Hitler həyatının əhəmiyyətli bir qismini tarixçilərdən bu qədər uzun müddət necə gizli saxlaya bilib”.

Alim Hitlerin kəlləsinin ən müasir texnoloji üsullarla araşdırıldığını bildirib. "World News Daily Report” adlı internet saytına danışan Harvard Universitetinin əməkdaşı James Connor da "Rusiya Dövlət Arxivindən verilən kəllə yüz faiz bir qadına aiddir” deyən Vernerin fikrini dəstəkləyib.

İsveçrəli yazar və məşhur tarixçi olan Abraham Zerlig eyni iddianı 38 il əvvəl dilə gətirmişdi. 1976-cı ildə ən çox satılan kitablar siyahısına daxil olan "Hitlerin arxasındakı qadın” kitabının müəllifi olan Abraham Zerlig qeyd edib ki, Qərbi Berlin Universitetində 1970-ci illərdə Hitlerin tibbi sənədləri ilə tanış olmaq imkanı əldə edib. O, xatırladıb ki, Hitlerin şəxsi həkimi olan Helmut Lang nasist liderin psixoloji anomaliyalara sahib olduğunu bildirib.

Harvard Universitetinin araşdırmaları və Abraham Zerligin mövzu ilə bağlı düşüncələrinin yer aldığı sənədli film  gələn ay "History Channel” kanalında nümayiş etdiriləcək.

Şərhlər