Xərçəngə qarşı bunları yeyin!

02.03.2016 17:52     Maraqlı     1734

Xərçəngə qarşı bunları yeyin!
Süd
Aparılan bir çox elmi tədqiqatlar nəticəsində südün tərkibində olan laktozanın xərçəngə tutulma riskini azalda bildiyi göstərilmişdir. Laktoza faydalı bakteriyaların sayını artıraraq xərçəngə səbəb olan birləşmələrin bədəndən atılmasını təmin edir. Aparılan bir elmi tədqiqatda süddən nizamlı istifadə edən fərdlərdə yumurtalıq xərçəngi riskinin 48 % azaldığı müşahidə edilmişdir.
Xərçəngə qarşı bunları yeyin!

Sarımsaq

Sarımsağın ən əhəmiyyətli xüsusiyyəti güclü bir immunitet sistemi gücləndirici olmasıdır. Həftədə 2-3 ədəd çiy sarımsaq istifadəsinin xərçəngə qarşı qoruyucu xüsusiyyəti var.

Xərçəngə qarşı bunları yeyin!
Qırmızı meyvələr
Bir çox insanın sevərək istifadə etdiyi nar, albalı, çiyələk kimi qırmızı meyvələrin içərisində olan ellagik turşu bədəndə xərçəng hüceyrələrinin çoxalmasına mane olur. Xüsusilə çirkli hava mühitlərində yaşayan və ya siqaret çəkən insanların hər gün qırmızı meyvə yemələri çox əhəmiyyətlidir. Çünki ətraf mühitin çirkliliyi və nikotinin bədəndə meydana gətirdiyi ziyanı qırmızı meyvələrin tərkibində olan ellagik turşu önləməkdədir.
 
Xərçəngə qarşı bunları yeyin!
Pomidor
Aparılan bir çox elmi tədqiqatlar pomidorun tərkibində olan likopenin prostat xərçənginə qarşı önləyici təsiri olduğunu sübut etmişdir. Yüksək antioksidant təsiri sayəsində bir çox xərçəng növünə qarşı qoruyucu olan pomidor eyni zamanda immunitet sistemini də gücləndiricidir. Xüsusilə bişmiş pomidordakı likopenin çiy pomidordakına görə daha çox olduğu unudulmamalıdır.
 
Xərçəngə qarşı bunları yeyin!
Brokkoli
Tərkibində olan qlutamin sayəsində bəzi xərçəng növlərinə qarşı önləyici təsiri var. Xüsusilə mədə xərçənginə qarşı qoruyucu təsiri olduğu aparılan elmi tədqiqatlarla sübut edilmişdir.
 
Xərçəngə qarşı bunları yeyin!
Çay
Ağ, yaşıl və qara çayın tərkibində olan polifenollar ilə xərçəngə çevrilmə riski yüksək olan hüceyrə fəaliyyətinə mane olur. Ayrıca, çayın tərkibində olan kateşinlər sayəsində antioksidant təsir göstərir və bədəninizi xərçəngə qarşı qoruyur.
 
Xərçəngə qarşı bunları yeyin!
Soya
Tərkibindəki fitoostrogen və izoflavonlar ilə klimaks sonrası dövrdə döş xərçənginə tutulma riskini azaldır. 
 
Xərçəngə qarşı bunları yeyin!
Yer alması
Beta-karoten və C vitaminli tərkibi ilə antioksidan tutumu yüksək olan yer alması xərçəng riskini azaldıcı təsir göstərir. Həftədə bir və ya iki dəfə zeytun yağlı olaraq süfrələrinizi zənginləşdirə bilər.
 
Xərçəngə qarşı bunları yeyin!

Qırmızı bibər

Kapsaisin adı verilən fitokimyəvi maddənin bibər yeyərkən istilik hisini yaratmaqla yanaşı, eyni zamanda xərçəngə qarşı da qoruma təmin etdiyi elmi təcrübələrlə sübut edilmişdir.

 
Xərçəngə qarşı bunları yeyin!

Zəncəfil

Aparılan bəzi elmi təcrübələr zəncəfilin şişlərin böyüməsinin qarşısını aldığını göstərir. 

Şərhlər