Süni göz sayəsində 25 il sonra dünyanı gördü…

03.03.2016 10:36     Maraqlı     1493

Süni gözün implantasiyası üzrə 5 saatlıq əməliyyat keçirmiş ABŞ-ın Denver şəhərində yaşayan 51 yaşlı Ceymi Karli işıqlı dünyanı görmək imkanı əldə edib.

Reaksiya.info  ictnews.az-a istinadən xəbər verir ki, həkim Nareş Mandava hələ ötən ilin noyabrında pasiyentə süni göz implantasiya edib, amma yalnız ötən həftə qurğunun son sazlama işləri başa çatdırılıb. Gözün torlu qişasına qurulmuş mikroçip, daxili kamera və ötürücü aparata malik xüsusi eynək sayəsində Ceymi işıq və qaranlığı ayırd edə bilmək, əşyaların cizgilərini görmək qabiliyyətini əldə edib.

Ceymi 26 yaşında kor olub. O, nadir irsi degenerativ xəstəlikdən əziyyət çəkir.

Xüsusi eynək, mikroçip və əməliyyatın birgə dəyəri 150 min dollar təşkil edib. Sığorta şirkəti amerikalının bütün xərclərini qarşılayıb.

 

Şərhlər