Ekologiya barədə bilmədikləriniz

05.03.2016 13:21     Maraqlı     1479

Ekologiya barədə bəzi maraqlı faktları sizinlə bölüşmək istərdik.

  • Adi avtomobil qət etdiyi hər 40 kilometr yol boyu yarım kiloqram qazabənzər tullantı ifraz edir.
  • 50 il qabaq isə adi avtomobillər ətraf mühiti 20 dəfə daha çox çirkləndirirdilər.
  • Amerikanın Kolorado ştatında bordürlərə yaxından keçən avtomobillərin havanı nə qədər çirkləndirməsini ölçmək üçün cihazlar quraşdırılıb.
  • İşlənilmiş avtomobil yağının 4 litri kifayət edir ki 4 milyon litr içməli suyu zəhərləsin. Məhz bu qədər su il ərzində 50 nəfər tərəfindən istifadə edilir.
  • Adi ev adi avtomobildən iki dəfə daha çox karbon qazı ifraz edir.
  • Yaş Amazon meşələri bütün dünyanın oksigen ehtiyatlarının beşdə bir hissəsini istehsal edir.
  • İnsanlar yaşayan və ən təmiz havası olan yerə haradadır? Bu Avstraliya qitəsi yaxınlığında yerləşən Tasmaniya adasıdır.
  • Otaqda olan hava bayırdakı havadan 25 dəfə daha çox çirklənmiş olur, insanar da vaxtlarının 90%-ni məhz bağlı otaqlarda keçirirlər. Buna görə d otağın havasını tez-tez dəyişdirin.
  • Ekoloji imcəliklərdən birində könüllülər Kaliforniya çimərliklərindən 339 minə yaxın siqaret kötüyü yığıblar. Siz hələ də siqaret çəkirsiniz?
  • Beynəlxalq Səhiyyə təşkilatının verdiyi məlumatlara görə, Qahirə şəhərində hava o qədər çirklidir ki, bu hava ilə bir gün nəfəs almaq bir qutu siqaret çəkməyə bərabərdir. Ekologiya ilə bağlı məncə daha gözəl açıqlama ola bilməz.
  • Hər ay amerikalıların tulladıqları aluminium qutularından bütün amerikan təyyarələrini hazırlamaq mümkündür.
  • Uşaq bezləri amerikan zibilxanalarının cəmi 1%-ni təşkil edir və 250 il ərzində çürüyürlər.
  • Bir saat ərzində yalnız Amerikada 2 milyona yaxın plastik şüşə boşaldılır və sözsüz ki tullanılır.

Şərhlər