Bill Geyts - 10 ildən sonra insan kimi görən robotlar yaradılacaq

11.03.2016 15:24     Maraqlı     1631

Yaxın 10 il ərzində ən inqilabi ixtiralardan biri görmə qabiliyyətinə malik və insandan daha yaxşı hərəkət etməyi bacaran robotlar olacaq. 

Lent.az-ın məlumatına görə, bunu “Reddit” xəbər resursunun suallarını cavablandırarkən “Microsoft” korporasiyasının qurucusu Bill Qeyts bildirib.
 
İstifadəçilər B.Geytsdən yaxın 20 il ərzində elm və texnikanın hansı sahəsində daha çox inqilabi nailiyyətlərin olacağına dair sual verib. B.Geyts qeyd edib ki, gələcək 10 il ərzində ən inqilabi ixtiralardan biri görmə qabiliyyətinə malik və insandan daha yaxşı hərəkət etməyi bacaran robotlar ola biləcək. O, tibb sahəsini perspektivli sahələrdən daha biri adlandırıb. Bildirib ki, bu sahədə də nailiyyətlər “çarpıcı və inanılmaz” olacaq. 
 
B.Geytsin sözlərinə görə, bioloqların nailiyyətləri isə başqasının əllərinə düşsə, daha böyük təhlükə yarada bilər.

Qeyd edək ki, robotlar artıq dünyanın bir çox ölkələrində işləyirlər. Məsələn, Yaponiyada ağıllı maşınlar kafelərdə müsafirləri qarşılayır və mehmanxanada xadimə kimi çalışır, təmizlik işlərinə baxırlar.

Cənubi Koreyanın Masan şəhərində isə insanların əvəzinə robot-müəllimlər işləyir. Onlardan uşaqlara ingilis dilini öyrətmək üçün istifadə edirlər. Ancaq hələlik bütün bu işlər nəzarət altında aparılır. 

Şərhlər