Yumurta sarısının rəngi nə üçün fərqli olur?

15.03.2016 14:21     Maraqlı     1341

Yumurta sarısının rənginə görə nəyi müəyyən etmək mümkündür? Hamımıza uşaqlıqdan məlumdur ki, vitamin və mikroelementlərin mənbəyi olan təzə toyuq yumurtası çox xeyirli və dadlı qida məhsuludur. Bizə çox zaman bildiriblər ki, yumurta sarısının rəngi nə qədər açıq olarsa o bir o qədər də xeyirlidir. Bu doğrudanmı belədir? Gəlin birlikdə bu məsələyə nəzər salaq.

Aşağıdakı şəkildə iki yumurta sarısından hansı sizin fikrinizcə daha xeyirlidir?

Şəkildə iki yumurta sarısından hansı sizin fikrinizcə daha xeyirlidir?

Şəkildə iki yumurta sarısından hansı sizin fikrinizcə daha xeyirlidir?

Yumurta sarısının rəngi onu yumurtlayan toyuğun orqanizmindəki qidalı maddələrin tərkibindən asılı olaraq dəyişir. Bu təsadüfi deyil: sarının rəngi toyuğun yediyi qidalı maddələrdən birbaşa asılıdır. Toyuq üçün ən gözəl bəslənmə şəraitinə sağlam, rəngarəng qida, daim həyətdə gəzintidə olmaq daxildir. Onların qəbul etdiyi qidaya yalnız arpa, buğda deyil, eyni zamanda yaşıl ot, həşəratlar da daxil olmalıdır. Bundan əlavə isə sağlam toyuqlar təmiz hava almalı və mümkün qədər çox günəş şüalarında olmalıdırlar. Bu isə ev, həyət şəraitində bəslənən toyuqlara aiddir. Bu toyuqların yumurtalarının sarıları tünd sarı rəngdə olur, aşağıda şəkildə o sağ tərəfdəki sarıya aiddir.

Bu yumurta sarısından hansı daha xeyirlidir?
Bu yumurta sarısından hansı daha xeyirlidir?

Yumurta sarısı nə qədər parlaq olarsa, bu yumurtada ksantofillərin, Omeqa-3 yağ turşularının, A, D və E vitaminlərinin miqdarının çox olmasının göstəricisidir. Əksinə, yumurtada bu sadalanan qidalı maddələr yoxdursa və ya azlıq təşkil edirsə, o yumurtanın sarısı solğun sarı rəngdə olur və o yumurtadan heç bir xeyir gəlmir. Zülal və yağları o yumurta əvəzinə başqa qida maddələrindən əldə etmək olar.

Quşçuluq fabriklərində bəslənən toyuqlar günəş işığı görmədiyindən və eyni tip qida qəbul etdiklərindən onların yumurtaların sarıları da müvafiq rəng çaları alır. Siz onu yuxarıdakı şəkildə ortada görə bilərsiniz. Məhz bu yumurtalar supermarketlərdə satılır. Bu açıq sarı rəngli yumurta sarıları ziyanlı olmasalar da orqanizmə lazım olan qidalı maddələrlə az zəngindirlər.

Narıncı rəng çalarına malik olan yumurtanın sarısı ən xeyirlisidir. Bir çox yayılmış fikirlərə baxmayaraq, bu sarıya rəng verən onda olan karotinin miqdarının çox olması ilə əlaqədar deyil, çünki heç də bütün karotinoidlər sarıya bu rəngi vermirlər. Məsələn, hamıya məlum olan beta-karotin toyuğun orqanizmində tam olaraq vitamin A-ya çevrilir və maddələr mübadiləsində istifadə olunur. Buna görə də beta-karotin sarının rənginə təsir etmir.

Əgər toyuq həyət və ya kənd toyuğudursa, ot, qarğıdalını, qışda isə samanı kifayət qədər alırsa onun yumurtasının sarısının rəngi də parlaq sarı olacaq. Əgər toyuq fabrikdə bəslənirsə, bu o deməkdir ki onun qidasına həmişəbahar, çobanyastığı, ərikgülü komponentləri əlavə edilir ki, bu da şəkildə soldakı kimi parlaq narıncı çaları verir.

 

(Maraqli.info)

Advertisement Banner

Şərhlər