53 yaşında əkiz doğmuş milyarder qadın

10 yaşında yetim qalmış rus qızının çox maraqlı həyat hekayəsi.

 

Dünyanın ən zəngin qadınlarından biri, 53 yaşlı İsveçrəli milyarder Marqarita Louis-Dreyfus əkiz uşaq doğub.
 
İlk əri Robert Louis-Dreyfusun qurduğu "Louis Dreyfus Commodities" adlı holdinqin idarə heyətinin başçısı vəzifəsini icra edən Marqarita Louis-Dreyfus "Forbes" tərəfindən dünyanın ən zəngin 171-ci adamı olaraq göstərilir.
 
Daha əvvəl Margarita Louis-Dreyfusun əkiz körpələrini aprel ayının sonunda dünyaya gətirəcəyi açıqlanmışdı. Ancaq doğum gözləniləndən əvvəl oldu.
 
Nikolya Sarkozi və Marqarita Louis-Dreyfus
 
"Louis Dreyfus Commodities"dən verilən məlumata görə, "həm ana, həm də körpələr yaxşı vəziyyətdədirlər".
 
Marqarita Louis-Dreyfusun dünyaya gətirdiyi əkiz körpələrin atası 52 yaşlı isveçrəli bankir Filipp Hildebranddır.
 
Marqarita Louis-Dreyfusun 1992-ci ildə ailə qurduğu  əvvəlki həyat yoldaşı və üç oğlunun atası Robert Louis-Dreyfus 2009-ci ildə losemiya xəstəliyinə tutularaq həyatını itirmişdi. Robert Louis-Dreyfus məşhur fransız klubu "Olympique Marsilya"nın da sahibi olaraq tanınırdı. Ölümünün ardından bu klub də Marqarita Louis-Dreyfusa qaldı.
 
Filipp Hildebrand və Marqarita Louis-Dreyfus
 
1962-ci ildə Leninqradda kasıb ailədə doğulmuş Marqarita Boqdanova  1988-ci ildə London - Sürix təyyarəsində tanış olduğu Robert Louis-Dreyfus ilə evləndikdən sonra onun soyadını götürüb və İsveçrə vətəndaşlığına keçib. 
 
Robert Louis-Dreyfus və Marqarita Louis-Dreyfus
 
Marqarita 10 yaşı olanda valideynləri qatar qəzasında dünyasını dəyişiblər və o, yetim qalıb. 1980-ci illərdə  isveçrəli bir tələbə ilə ailə quraraq Sürixə köçüb. Daha sonra boşanaraq şirkətlərdən birində işə girib.  Robert Louis-Dreyfus ilə ailə qurmaq onun həyatını dəyişib. 
 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar