Qızıl örtüklü avtomobillərin sahibinin adı bilindi

30.03.2016 23:31     Maraqlı     1676

Turki bin Abdullahın Səudiyyə kral ailəsinə yaxın olduğu iddia edilir.

Keçən günlərdə qızıl örtüklü avtomobilləriylə Londonda fırtına kimi əsən ərəb milyarderin şəxsiyyəti bəlli olub. ANS PRESS-in məlumatına görə, həmin avtomobillərin sahibi Turki bin Abdullah adlı şəxsdir.

Abdullahın Səudiyyə kral ailəsinə yaxın olduğu iddia edilir.

Bin Abdullah qızılla örtülmüş "Mersedes", "Bentli", "Lamborgini" və "Rolls-Roys" maşınlarına sahibdir. Turki bin Abdullahın Səudiyyə kral ailəsinə yaxın olduğu iddia edilir.

Səudiyyəli milyarder öz şəxsi avtoparkı ilə ötən gün Londona istirahətə gəlib. Onun avtomobillərinin dəyəri 1,4 milyon dolları ötür.

Maşınlar Londonun əsasən varlılar yaşayan Kensinqton rayonunda görünüb. Daha əvvəl onlar beş ulduzlu "Mandarin oriental" mehmanxanasının qarşısında yerləşdirilmişdi.

Turki bin Abdullahın qızıl örtüklü maşınları
Turki bin Abdullahın qızıl örtüklü maşınları

“Daily Mail” səudiyyəli milyarderin superkarların yeni mövsümünün açılışına gəldiyini qeyd edib. Bu dövrdə varlı ərəblər Yaxın Şərqdə olan isti havadan qaçaraq öz bahalı avtomobilləri ilə Britaniya paytaxtına üz tuturlar.

Bu son illər boyunca daha çox müşahidə olunur. Son dövrlər Küveyt, Səudiyyə Ərəbistanı və Əmirliklərdən olan varlıların öz bahalı maşınlarıyla Londona gəlməsi çoxalıb.

Ərəb milyarderlər
Ərəb milyarderlər

Artıq London şəhəri bahalı maşınların məkanına çevrilib. Londonda bütün dünyadan olan varlılar yaşayır. Əsasən də ərəb şeyxlərinin istirahət üçün ən sevimli yerlərdən biri də İngiltərə paytaxtıdır.

Ərəb şeyxləri Böyük Britaniyaya həftə sonu daha çox gəlir. Şərqdən gələn milyonçular özüylə bahalı maşınlarını da mütləq gətirirlər və onda şəhərin küçələri bahalı idman avtomobillərinin əsl paradına çevrilir.
 
Yerli sürücülər belə bahalı avtomobil sahiblərinin təyin olunmamış yerdə parkinq etdiyinə görə daim hakimiyyət orqanlarına şikayət edirlər. Bəzən bahalı avtomobillər dar London küçələrində hərəkəti məhdudlaşdırır.

 

Şərhlər