Bilirsinizmi ağzi açıq yatmaq dişləri çürüdür

Yeni Zelandiyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, ağzı açıq yatmaq diş çürüməsinə gətirib çıxarır.
 
Araşdırma rəhbəri Joanni Çoin bildirib ki, yatarkən ağızdan nəfəs almaq turşu miqdarını artırır və  beləcə diş sağlamlığına mənfi təsir edir. Ağız boşluğunda quruluğun dişlərə mənfi təsiri olduğunu anlamaq üçün əvvəlcə tüpürcək ifrazına diqqət yetirmək lazımdır.
 
Tüpürcək dişlərin təmiz qalmasını təmin edir
Türkiyəli diş həkimi Pertəv Kökdəmir yatarkən ağızdan nəfəs almağın diş sağlamlığına təsiri barədə açıqlama verib. O bildirib ki, tüpürcək ağzı nəmli saxlayır, qidanın parçalanmasına və rahat udulmasına kömək edir, eyni zamanda əhəmiyyətli bir ağız təmizləmə vasitəsidir: "Tüpürcək dişlərin və dilin təmiz qalmasını təmin edir. Ancaq bu vəzifələrdən başqa bir xüsusiyyəti var. Dişlərimizin sərt maddəsi hidroksiapatit kristalından ibarətdir. Duz kristalları suyun özünəməxsus xüsusiyyətləri sayəsində həll olunur. Əgər tüpürcək olmasaydı, diş minası çürüməyə məruz qalacaqdı. Çünki seliyin içərisindəki ionlar kristal boşluqları dolduraraq mina qatının aşınmasının qarşısını alır".
 
Turşuların yığılması diş daşına səbəb olur
 
Ağzı açıq yatmağın digər mənfi cəhəti isə ağızda turşu miqdarını artırmasıdır. Bunun da nəticəsində diş daşlarının yaranması sürətlənir. Beləcə mina təbəqəsi də zəifləyir.
 
Ağız quruluğunun qarşısını alan  6 üsul
 
Bəs ağız quruluğunun qarşısını almaq üçün necə tədbirlər görməliyik? Diş həkimi Pertev Kökdəmir bu suala belə cavab verib:
 
Gün ərzində və ya gecə bol su istehlak etmək;
Kofein və spirtli içkilərdən uzaq durmaq;
Şəkərsiz saqqız çeynəmək;
Həkiminizin tövsiyə etdiyi süni tüpürcək həblərindən istifadə etmək;
Gündə 2 dəfə ftorlu diş məcunu ilə dişləri yumaq;
Qıcqırmış  karbohidrat tərkibli qidaları azaltmaq:
Ümumiyyətlə, dişlərə düzgün qulluq hər cür riski azaldır.

Advertisement Banner

Şərhlər

Çox oxunanlar