Təəccüb doğuran möcüzə - İnsan kimi yeriyən zülallar - VİDEO

Kinezin molekulları - canlı orqanizmlərin daxilində hərəkət edən zülallardır. Bu zülalların ən maraqlı cəhəti onların  insan kimi yeriməsidir. Adi kinezin molekulunda  2 «əl» var (onlarla yük saxlanılır) və iki «ayaq» var. 

Reaksiya.info-nun FaktXeber.com-a istinadən məlumatına görə, bu zülallara «hüceyrələrin işləyən atları» adları da verilib. Onlar «mikroboru» adlanan hüceyrə yolları ilə həyati vacib orqanoid və vezikul adlanan yükləri daşıyırlar. Hüceyrənin içində hərəkət etməsi çətin olan yüklər bu yolla lazımi yerlərə çatdırılır. Bu molekul,  hüceyrələrin tərkibində «poçt» daşıyan poçtalyona bənzəyir.

Zülal yeriyərkən lazım olan enerjini ATF molekullarından alır. Bu enerji nəticəsində zülalın üçölçülü formasında dəyişiklik olur. Molekullardakı bu forma dəyişikliyi isə zülalın hərəkət etməsinə səbəb olur. Kinezin molekullarının hərəkəti barədə geniş videonu da təqdim edirik:

 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar