Boyun əyriliyindən qurtulmağın yolları

01.04.2016 16:45     Maraqlı     2320

Uşağınızı kürəyi üstə qoyduqda boynu bir tərəfə əyilirsə, mövqeyini dəyişdiyiniz halda bu əyrilik davam edirsə və ən əhəmiyyətlisi, düzəltməyə çalışdıqda düzəlmirsə, deməli problem çox ciddidir. 

Yeni doğulan uşaqlarda bu cür hallarla tez-tez rastlaşdığımız üçün daha dərindən araşdırmağa çalışdıq. 

Boyun əyriliyi (Tortikollis) nədir və necə başa düşülür? 
\"Tortikollis\" sözü \"əyriboyun\" mənasını verir və bir çox səbəbə bağlı olaraq, kəskinləşə bilər. Boyun əyriliyi doğuşdan yaranır. Bu doğuş zamanı və ya doğuşdan sonra özünü biruzə verir. Buna adi danışıq dilində doğuşdan yaranan əzələ mənşəli boyun əyriliyi deyilir. Boyunda onurğa sütununun hər iki yanında cütbaşlı əzələ Sternocleidomastoid (SCM) bir tərəfdə gərgin və qısadır. Adətən əzələyə toxunduqda \"zeytun\" deyilən lifli bir şiş ələ gəlir. 
Baş əzələnin gərgin olduğu tərəfdə yana doğru əyilir və üz qarşı tərəfə baxırmış kimi görülür. Boyunu əyriliyin əks tərəfinə qaytarmağa və ya yana əyməyə çalışdıqda hərəkət məhdudiyyəti yaranır. 

Boyun əyriliyinə nə səbəb olur? 
Əzələ mənəli doğuşdan gələn boyun əyriliyinin səbəbini ilk dəfə 1893-cü ildə Cheselden araşdırıb. Onun araşdırmasına görə, bu xəstəlik əzələ daxilindəki qansızma ilə yaranan fibroz düyün və uşağın tərs gəldiyi hallarda doğum aktı travması nəticəsində yarana bilər. Xüsusilə bud çıxığı, əyrilik və skeletin doğuşdan gələn deformasiyası genetik köklərlə bağlıdır. Ancaq bu problemi yaradan əsas səbəb hələ də tibb elminə dəqiq məlum deyil. 

Uşaqlarda görülən hər bir boyun əyriliyi əzələ mənşəlidir? 
Xeyr. Əvvəla bu xəstəliklə bağlı mütləq tramatoloqa müraciət etmək lazımdır. \"Eh, filankəsdə də belədir\"-deyib üstündən keçməyin. Bu xəstəlik uşaq üçün ciddi təhlükəyə çevrilə bilər. Boyunda bu cür halların baş verməsi qulaq iltihabına, boğazda badamcıq iltihabına, göz probleminə, limfa şişlərinə gətirib çıxarır. Həmçinin ciddi əsəb pozuntuları yaradır. 

Boynu əri körpəsi olan valideyn nə etməlidir? 
Mütləq Ortoped Travmatologiya mütəxəssisinə üz tutmalıdır. Doğuşdan dərhal sonra hiss olunsa, 6-cı aya qədər ananın edəcəyi məşqlər tamamilə dayandırılmalıdır. Uşağın yatağı bərk, mütləq əyriliyin əks istiqamətinə başını döndərməsini təmin edəcək şəkildə nizamlanmalıdır. Küncüt və balqabaq yağı D vitamini yağı ilə qarışdırılmalı, 1 ay massaj olunmalıdır. Ana uşağa süd verirsə, bolluca kalsiumla zəngin olan təbii meyvə- tərəvəz yeməlidir. Bütün bunlar nəticə verməsə, 1-4 yaş arasında əməliyyat etdirilməsi lazımdır. Bu problem uşağın 2-3 yaşında üzə çıxıbsa, massaj, üzgü, gimnastik hərəkətlərlə müalicə edilməlidir. Həmçinin qidaya xüsusi diqqət olunmalıdır. 

Müalicə edilməsə nələr ola bilər? 
Müalicələr edilməzsə, uşağın üzündə, gözündə simmetriya zamanla pozulacaq. Hətta 7 yaşında əməliyyat olunsa belə yenə də fəsad aradan qalxmayacaq.

Şərhlər