Ağcaqanadlardan canınızı qurtarın

19.04.2016 15:02     Maraqlı     1546

Ağcaqanadlardan canınızı qurtarın.


İsti yay axşamlarında insanlar təmiz havada oturmağı, çay içməyi sevir. Ağcaqanadlar isə rahat söhbət etməyə imkan vermir. Ailə.lent.az söhbətlərinizin yarım qalmaması üçün tərkibində heç bir kimyəvi qatqısı olmayan qarışım təqdim edir. Canınızı ağcaqanadlardan bununla qurtarın.

Tərkibi:
-4 banka
-40 damcı yağ (lavanda, limon, nanə, ekvalipt ola bilər)
-2 limon
-8 ədəd rozmarin və ya nanə yarpağı
-Su
-Şam
İki dənə rozmarini və ya nanəni hər bankaya yerləşdirin. Hər bankanın ¾-nü su ilə doldurun. Hər bankaya istədiyiniz yağdan 10 damcı əlavə edin. Limonları kəsib bankaya yerləşdirin. Üzərinə su əlavə edin. Bankaya şamı yerləşdirin və yandırın.
Mayeni hər 4-5 gündən bir dəyişdirin.

Bu sadə üsul sadəcə sizi ağcaqanadlardan xilas etməyəcək, eyni zamanda evinizə xoş ətir yayacaq və gözəl görünüş bəxş edəcək.

Şərhlər