Meyvələrdən hazırlanan bu içki ana südünü artırır

04.06.2016 16:41     Maraqlı

Yeni ana olanların ən böyük problemlərindən biri də südün uşağı doyuzduracaq qədər olmamasıdır. Xalq təbabətində bir çox yüksək kalorili qidanın ana südünü artırdığına inanılır. Lakin yüksək kalorili qidalar həm ananın, həm də körpənin sağlamlığı üçün təhlükəlidir. 

Dietoloqlar belə halla üzləşdikdə müxtəlif meyvələrdən hazırlanmış kompotlardan içməyi məsləhət görürlər.
 
Publika.az ana südünü artıran içki reseptini təqdim edir:
 
Tərkibi:
Yarım stəkan qara üzüm
Yarım stəkan qaysı
4 ədəd quru əncir
1 ədəd alma
5 stəkan su
 
Hazırlanması:
Bütün məhsulları yuyub təmizlədikdən sonra doğrayıb qazana tökün. Üzərinə 5 stəkan suyu əlavə edib meyvələr yumşalana qədər qaynadın. Daha sonra ocağı söndürüb  kompotun soyumağını gözləyin. Kompotu ilıq içməyiniz məsləhətdir.  Soyuq halda içilən içkilər körpədə qaz əmələ gətirə bilər.
 

Reaksiya.info

Advertisement Banner

Şərhlər