Yağlı qidalar yedikdən sonra bunları edin!

18.06.2016 17:34     Maraqlı     1759

Həddindən artıq yağlı qidalar qan dövranını yavaşladaraq damarların daralmasına səbəb olur. Damarlara yığılan yağ isə ürək xəstəliklərinə gətirib çıxara bilir. Əgər yağlı yeməklərdən imtina edə bilmirsinizsə, yağın orqanizmə verdiyi zərərləri azaltmağa çalışmalısınız.

Bunun üçün publika.az-ın təqdim etdiyi məsləhətlərə əməl edin.
 
Əti qızartdıqda o, şəkər xəstəliyi riskini artırır. Ona görə də əti bişirməzdən öncə onu limon şirəsi ilə sirkə qarışığında saxlayın.
 
Araşdırmaçılar gündə 2 qədəh qırmızı şərabın yağlı yeməklərin damarlar üzərindəki mənfi təsirini azaltdığını müəyyənləşdiriblər. Üzüm şirəsi də eyni cür təsir edir.
 
Alimlər hamburger yedikdən 2 saat sonra orqanizmdə müəyyən kimyəvi proseslərin getdiyini və bunun bir çox orqana zərər verdiyini müşahidə ediblər. Ancaq hamburgerlərlə birlikdə avokado yedikdə qidanın tərkibindəki yağ bədəndən atılır və heç bir orqanda yığılmır. Mütəxəssislər avokadonun yağlı bir meyvə olduğunu qəbul etsələr də, onun tərkibindəki yağların sağlamlıq üçün faydalı olduğunu deyirlər.
 
Yağlı qidalar qəbul etdikdən sonra heç olmasa 30 dəqiqə yeriyin. Sağlamlığınız imkan verirsə, sürətli yeriməyə üstünlük verin.

 

Reaksiya.az

Şərhlər