Pendirli və xardal souslu küftə

10.07.2016 19:05     Maraqlı     1831

Milli.Az pendirli və xardal souslu küftənin hazırlanma qaydasını təqdim edir

 

 

Tərkibi: 

3 x.q. yulaf lopası
300 q qoyun əti 
300 q mal əti 
1 baş soğan 
cəfəri
1 meksika istiotu
100 q holland pendiri
1 yumurta
1 armudu st. su

sous: 

500 ml ət bulyonu 
1 baş soğan 
1 yerkökü
200 ml qaymaq 
2 x.q. xardal
0,5 limonun şirəsi
cəfəri
qara istiot

Yulaf lopasının üzərinə azacıq su töküb şişməsini gözləyin. Sonra suyunu süzün. Mal və qoyun qiyməsini, xırda doğranmış soğanı, cəfərini, meksika istiotunu, sürtgəcdən keçirilmiş holland pendirini əlavə edin. Yaxşıca yoğurun. Qoz boyda küftələr tutub yağlanmış siniyə düzün. 
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 
Sous: 
Xırda doğranmış soğanla sürtgəcdən keçirilmiş yerkökünün üzərinə bulyon töküb 10 dəqiqə qaynadın. Qaymaq, xardal, limon şirəsi və qara istiot əlavə edib vam odda daha 5 dəqiqə bişirin. Xırda doğranmış cəfərini əlavə edib ocaqdan götürün. 
Küftələri buluda yığın, sousu üzərinə gəzdirin. Süfrəyə isti-isti verin.

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Şərhlər