Üzüm yarpaqlarından çay - çox faydalı!

12.07.2016 14:53     Maraqlı     1358

Yay orqanizmi təmizləmək, möhkəmləndirmək və daha sağlam etmək üçün ən yaxşı vaxtdır.

Bu məqsədlə yayda adi qara çayın əvəzinə faydalı ot və bitki çayları için.

"Reaksiya.az"  saglamolun.az-a istinadən bildirir ki, üzüm yarpaqlarından çox faydalı müalicəvi çay hazırlamaq olar.

10 orta ölçüdə olan təzə üzüm yarpağı termosa qoyulur, üzərinə 2 stəkan qaynar su tökülür, axşamdan səhərə qədər qalır. Səhər dəmləməni yaxşı süzün və gün ərzində adi çay kimi qəbul edin. Çaya 1 dilim limon, bal əlavə edə bilərsiniz.
Bu müalicəvi çayın bir çox faydaları var:
- antioksidantlarla zəngin olduğundan orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin, xərçəngin qarşısını alır
- orqanizmi ziyanlı maddələrdən təmizləyir
- podaqra zamanı çox faydalıdır
- mikrobəleyhinə təsirə malikdir
- damarları möhkəmləndirir, varikoz zamanı faydalıdır
- ağız boşluğu iltihabları, damaqların həssas olması və qanaması zamanı çox yaxşı müalicəvi təsir edir
- ishalı müalicə edir, bağırsaqları "yığır"
- böyrəkləri və sidik kisəsini təmizləyir
- şişkinliyi azaldır
- qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır
- hamilə qadınlarda ürəkbulanması zamanı kömək edir
- öskürək zamanı müalicəvi təsir edir.

Şərhlər