Bananlı ponçiklər

Jemput Pisang Goreng adlanan bananlı ponçikləri Bali adasının sakinləri bişirirlər. Onları süfrəyə isti-isti, üzərinə şokolad sousu çəkib kokos yonqarı  səpərək və vanilli dondurma ilə vermək olar. 

Tərkibi (4 pay): 

2 həddən çox yetişmiş banan
4 x.q. qəhvəyi şəkər tozu
90 q un
1 x.q. nişasta 
0,5 l bitki yağı
şokoladlı sous
kokos yonqarı 
vanilli dondurma

Bananları blenderdə püre halına salın. Şəkər tozu, un, nişasta əlavə edib yaxşıca qarışdırın. 
Yağı dərin balaca qazanda qızdırın. İki çay qaşığının köməyilə xəmirdən götürüb qaynar yağa salıb hər tərəfini qızardın. 
Yağını çəkməsi üçün kağız salfetin üzərinə düzün. 
Süfrəyə isti-isti verin. Üzərinə şokolad sousu gəzdirin, kokos yonqarı səpin, yanına isə vanilli dondurma qoyun. Çox ləzzətli olur!

Nuş olsun! 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar