Bişirilməyən şokoladlı tort-sufle

Tərkibi (6 pay): 

əsas:

200 q peçenye
1 x.q. kakao
50 q yumşaldılmış kərə yağı
3-4 x.q. süd

şokoladlı sufle:

100 q şokolad
300 q pasta kimi kəsmik 
1 st. şəkər pudrası
1 paket (10 q) vanilli şəkər tozu
1 x.q. tezəriyən jelatin
200 ml 33%-li qaymaq 
50 ml şokoladlı, yaxud digər likör (zövqə görə)

Kənarı açılan 19 sm diametrli formanın içinə perqament döşəyin. Kənarlarına kərə yağı çəkin. Peçenyeni xırdalayın, yumşaq yağ və kakao əlavə edib qarışdırın, lazım gələrsə, süd əlavə edin. Dağılmayan kütlə alınanda onu formanın içinə döşəyin. Əlinizlə basıb bərkidin. Soyuducuya qoyun. 
Şokoladı su hamamında əridin. Şəkər pudrası, vanilli şəkər tozu və kəsmik əlavə edin, mikserlə yaxşıca çalın. Qaymağı ayrıca çalın. 
Jelatini 3-4 x.q. qaynar suda əridin. Nazik axınla kəsmikli qarışığa əlavə edin, mikserlə çalın. Qaymağı və likörü əlavə edib bir daha çalın. Formanı soyuducudan çıxarıb sufleni korjun üzərinə bərabər qaydada yayın. Bir gecə soyuducuda saxlayın. 
Sabahı gün iti bıçaqla tortun kənarını formadan ayırın, formanın kənarını açın. Tortun üzərinə kakao səpə, sürtgəcdən keçirilmiş şokolad və yaxud təzə giləmeyvə ilə bəzəyə bilərsiniz. 

Nuş olsun! 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar