Qırmızı bibərin xeyirləri

04.09.2016 01:20     Maraqlı     1243

Bu bitkinin yandırıcı dadı demək olar hər kəsə tanışdır. Dünya xalqları öz mətbəxlərində bu acı bitkidən geniş istifadə edirlər.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qırmızı bibərin tərkibi alkaloid kapsaisin antibiotiki ilə zəngindir. Elə məhz bu səbəbdən qırmızı bibərin dadı acı olur. Beləliklə qırmızı bibər nə qədər acı olarsa tərkibində daha çox antibiotik olduğu deməkdir.
 
Hindistan camaatı qırmızı bibər olmasaydı acından ölərdik deyə iddia edirlər. Belə ki, hindlilərin mətbəxində qırmızı bibər xüsusi yer tutur və onların yeməkləri olduqca acı olur.
 
Qeyd edək ki, quşlar acı dadını hiss etmirlər. Odur ki, quşlar olduqca acı olan bibəri rahatlıqla yeyə bilirlər. Onların dadbilmə reseptorları bu bitkinin acı dadını hiss etmir.
Kapsaisin xərçəng xəstəliyinin müalicəsi istiqamətində aparılan profilaktik işlərdə pis nəticə verməyib. Bu qorxunc xəstəlik alkaloidin təsiri altında azalmağa başlayır. Qırmızı bibər özəlliklə prostat xərçəngi zamanı daha effektiv olur.
Bəs biz nə gözləyirik? Gəlin hər kəsi bu qırmızı bibərlə müalicə edək.
 
Lakin hər şey bu qədər asan deyil. Belə ki, 90 kiloqramlıq normal bir insan müalicə zamanı eyni zamanda bir neçə ədəd qırmızı bibər yeməlidir. Bu isə mədəni sıradan çıxara bilər. Həmçinin həddən artıq acılıq xərçəng hüceyrələrini aktivləşdirə bilər.
 
Bununla bağlı qırmızı bibər hələlik məhz profilaktik işlərdə istifadə edilir. Siz də sağlamlığınıza xeyir vermək istəyirsinizsə yeməklərinizə norma çәrçivәsindә qırmızı bibərdən əlavə etmək tövsiyə olunur.
 
 

Şərhlər

Çox oxunanlar