Qatığın inanılmaz xüsusiyyətləri

14.09.2016 01:10     Maraqlı     1640

Mətbəximizin əvəzolunmaz qidası olan qatığın faydaları olduqca çoxdur. Onun arıqlamaqdan tutmuş diş sağlamlığına qədər bir çox faydası vardır.
 
Mütəxəssislər qatığın uyğun bir pəhrizlə yanaşı xüsusilə qarın bölgəsindəki yağları əritdiyini vurğulayır.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, yüksək kalsium mənbəyi olan qatığın tərkibindəki bir-birinə bağlanmış linoetik turşu (CLA) qarın yağlarını əridir. Aparılan araşdırmalara görə, bir il ərzində, pəhrizində hər gün qatıq yeyən adamlar, yeməyənlərlə nisbətdə 22 % daha çox arıqlayır. Hər gün qatığın nizamlı olaraq yeyilməsi piylərin daha sürətli əriməsinə səbəb olur.
 
Faydaları bitmək bilmir. Qatıq bağırsaq xərçəngi riskini azaldır. Suyundakı B2 vitamini ağız yaralarının aradan getməsinə yaxşı təsir edən qatıq, qarın piylərinin əritməsi təsiri ilə yanaşı, immunitet sistemini gücləndirir. İştahı kəsər, daha uzun müddət tox qalmağa imkan verər. Gündə 3 stəkan istehlak edildikdə bədənin bütün kalsium ehtiyacını təmin edən qatıq, qan yağlarını azaldar.
 
Bu məhsulu evdə də hazırlaya bilərsiniz. Belə ki, 1 lt südə 3 qaşıq maya əlavə olunduqdan sonra ilıq bir mühitdə 4-5 saat gözləyərək əldə edilir.
 
 
 

Şərhlər