Yediyiniz yeməklərə əsasən - xarakteriniz

15.09.2016 01:08     Maraqlı     1470

Duzlu yeməkləri sevənlərin taleyi xarici amillərin əlindədir, ədviyyatlı yeməkləri sevən kəslər isə mükəmməliyyətçi xüsusiyyətə malikdirlər. Tünd şokolad sevənlər sosial tiplərdəndirsə, südlü şokolad sevənlər səssiz və tək qalmaqdan xoşlanan insanlardır.
 
Bəs, siz hansı yeməkləri daha çox sevirsiniz?
 
Canınız duzlu yeməklər istəyirsə...
 
Vücudunuz nə mənanı verir?
 
Milli.Az atv.az-a istinadən bildirir ki, üzərinə bolluca duz səpilmiş kartof qızartmasını heç bir şeyi arzulamadığınız qədər istəməyə başladınızsa, mineral çatışmazlığınız ola bilər. Araşdırmalar göstərir ki, aşağı kalsium ehtiva edən qidalanma vərdişləri olan qadınların canları kifayət qədər kalsium alanlara nisbətən daha çox duzlu yemək çəkir. Dad və qoxu sahəsində bir araşdırma mərkəzi olan "Philadephia"dakı Monell Chemical Senses Center Laborant Dr. Michael Tordoffa görə, əsas səbəblərdən biri bu ola bilər: Natrium qandakı kalsium nisbətini müvəqqəti olaraq yüksəldir. Bu da bədənin bu problemini həll etdiyinə inanmasına səbəb olur. Bədənindəki digər mineralların nisbəti də aşağı ola bilər. Heyvanlar üzərindəki araşdırmalara görə, duzu bir anda yeyib udan subyektlərin kalsium, dəmir və kalium dərəcələrinin aşağı olduğu müşahidə olunub.
 
Sizin üçün nə anlama gəlir?
 
Hər şeyi axışına buraxırsınız. Hirsch araşdırmasında duzlu yemək sevənləri idarə etməni taleyin əllərinə buraxmış olanlar olaraq tərif edir. Yəni bu tip insanların inancına görə, taleləri öz əməlləri ilə deyil, xarici amillərlə təyin olunur.
 
Canınız şokolad çəkdiyində...
 
Vücudunuz üçün nə anlama gəlir?
 
Əlinizin şokolada uzanmasının səbəbi o dadın sizi özünüzdən keçirəcəyinizi bilmənizdir. Hirsch-ə görə, şokoladın belə bir təsir yaratmasının səbəbi serotonin hormonunu hərəkətə gətirməsidir. Şokolad eyni zamanda şirin bir antidepressiya vəzifəsini də görür. Xoşbəxtlik hormonları dibə doğru enişə keçdiyi zaman sürətli bir şəkildə qaldırma qüvvəsinə ehtiyac duyar. Yəni bədəniniz şokoladla özünü yaxşı hiss edir.
 
Sizin üçün nə anlama gəlir?
 
Bu sualın cavabı canınızın çəkdiyi şokoladın çeşidinə görə fərqlənir:
 
Tünd və acı şokolad: Siz sosial bir şəxssiniz, parti insanısınız və komanda çalışılması lazım olduğu zaman axtarılan ofis çalışanlarından birisiniz.
 
Südlü şokolad: Səssizsiniz, amma müşahidə etmə gücünüz qüvvətlidir. Mükəmməl bir günortadan sonra tək başınıza yürüyüşə çıxmaq, ya da yaxşı bir kitabla baş-başa qalmaq sizə aiddir.
 
Canınız ədviyyatlı yeməklər istəyirsə...
 
Əgər sərinləmə ehtiyacı hiss edirsinizsə, canınız damağınızı yandıracaq bir şeylər çəkə bilər, çünki bu tərləmənizə köməkçi olacaq. Sərinləmək üçün acılı yeməklər yemək əslində məntiqə tərs gələ bilər, ancaq hava istiliyi yüksək olarkən Meksika yeməyinin nə səbəblə seçildiyini də bu şəkildə izah edə bilərik. "The Secret to Skinny " kitabının yazıçılarından biri Dr. Tammy Lakatos Shamesa görə, bəzi araşdırmalar insanlara ədviyyatlı yeməkləri seçmələrini təklif edir, çünki acılı yeməklər yeyənlərdə birdən yüksələn qan təzyiqi, sürətlənən ürək atışları və ardıcıl nəfəs alıb-vermə kimi təsirlər meydana gətirir.
 
Sizin üçün nə anlama gəlir?
 
Mükəmməliyyətçi! Nizamlılığı və əmr verməyi sevirsiniz, zaman itkisindən nifrət edirsiniz. Təfərrüatlar üzərində tər tökmək sizin işinizdir.
 
Canınız şiriniyyat istəyirsə ...
 
Bədəniniz üçün nə anlama gəlir?
 
Şirniyyat yemə istəyi ruh halınızı düzəltməyə çalıştığınıza işarə edir. Ya əhvalınızın düzəlməyə ehtiyacı vardır, ya da enerjiniz aşağı səviyyədədir.
 
Sizin üçün nə anlama gəlir?
 
Hirsch şəkərə düşkün olanların vəhşi yollara yayınma meylləri olduğu fikirindədir. Çox aşağı səviyyəli bir peşman olma payıyla bu insanları hedonist olaraq təyin edir. Eyni zamanda gözə batan adam olmağı və özlərini xüsusi hiss etditməyi sevirlər.
 
Canınız duzlu və şirin şeylər istəyirsə...
 
Bədəniniz üçün nə anlama gəlir?
 
Bədəninizin tam mənasıyla işləyə bilməsi üçün sodyuma və qlükozaya ehtiyacı var. Bu səbəbdən hüceyrələrinizin fəaliyyəti ağırlaşdığı zaman sizdə yorğunluq hissi başlayır və fəaliyyəti sürətləndirmək üçün istər-istəməz Nutella-ya batırılmış çubuq kraker axtarışına başlayırsınız.
 
Sizin üçün nə anlama gəlir?
 
Burnunuzun dikinə gedib söz dinləməyən birisiniz və təkliyi sevirsiniz. Ancaq eyni zamanda çox da bacarıqlısınız. Hirsch-in məlumatlarına görə, kartof cipsini şokolad sosuna batırdığında ortaya mükəmməl bir ləzzət çıxacağını düşünən insanlar yaradıcıdır, ancaq ümumiyyətlə, soyuq görünürlər.
 
Sevdiyiniz dada görə necə birisiniz?
 
Meyvəli: Rəngli, başqalarıyla birlikdə olmağı sevən, ünsiyyətcil insanlardır.
Şokoladlı: Maraq mərkəzi olmağı sevən, cilvəli şəxslərdir.
 
Banan kremli: Empatiya qura bilən, uyğun kəslərdir.
Qozlu: Oyunu qaydasına görə oynayan, standartları yüksək olan şəxslərdir.
 
 
 

Şərhlər