KEŞNIŞ 80% -Ə QƏDƏR AĞIR METALLARI ORQANIZMINIZDƏN 42 SAAT ƏRZINDƏ ÇIXARIR

23.09.2016 20:50     Maraqlı     2576

SaqlamHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, keşniş ən faydalı göyərtilərdən biri sayılır. Keşniş və onunun toxumları ta qədimdən tibbdə çox geniş istifadə olunurdu. Keşnişin köməyi ilə baş ağrıları, yuxusuzluğu  müalicə edirdilər.

Belə hesab olunurdu ki, keşniş kişilərdə potensiyanı artırır. Orta əsrlərdə keşniş "sevgi içkilərin" tərkibində istifadə olunurdu (qadınlar belə içkiləri bəyəndiyi kişilərə içirdirdilər).

Keşniş orqanik turşular və efir yağları ilə zəngindir. Bu göyərtinin tərkibində C, P, beta-karotin kimi vitaminlər, selen, dəmir, sink, maqnezium kimi mikroelementlər, təbbi liflər, pektin, rutin və s faydalı maddələr var.

Keşnişin çox güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətləri var.

Keşniş orqanizmə ödqovucu təsir edir, yağlı ağır qidaların mənimsənilməsini asanlaşdırır, həzm prosesləri və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır.

Keşniş qanda xolesterinin səviyyəsini aşağı salır, xolesterinin damarların divarlarında yığılmasına mane olur.

Keşniş şəkər xəstəliyi olan insanlar üçün xeyirlidir - qanda şəkərin səviyyəsini aşağı salır.

Keşniş ürək-damar sistemi üçün də çox faydalıdır, arterial təzyqinin normallaşmasına kömək edir.

Antioksidantlarla zəngin olan keşniş orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, şiş xəstəliklərinin inkişafına mane olur.

Keşniş damaqları möhkəmləndirir, ağız boşluğunda olan iltihabları azaldır, kariesin inkişafının qarşısını alır.

Hazırda satışda olan bir çox məhsulun tərkibi ağır metallarla zəngindir. Ağır metallar hər gün istər-istəməz təmasda olduğumuz ev əşyaları, kosmetika məhsulları, dərman, geyim və digərlərinin tərkibində olur. Ağır metal dedikdə qurğuşun, civə, kadmium nəzərdə tutulur. Orta əsrlərdə bir çox insanın kosmetik məhsulların tərkibində olan qurğuşun səbəbindən öldüyü elmə məlumdur. Odur ki, ağır metallara qarşı diqqətli olmaq lazımdır. Ağır metal hesab edilməsə də, sağlamlıq üçün təhlükəli olan arsen, həmçinin bədəndə həddən artıq olduqda zəhərlənməyə səbəb olan dəmir, sink, mis kimi elementlərə qarşı da daim gözüaçıq olmaq tələb olunur.

Ağır metalla çirklənən orqanizmdə bir çox orqanın fəaliyyəti pozulur. Sinir sistemi, ürək, ağciyər, qaraciyər və böyrəklərdə problemlər baş verir. Həmçinin xəstənin xərçəngə yaxalanmaq riski artır. Uşaqlarda fiziki və əqli gerilik müşahidə edilir.

Bunların qarşısını almaq üçün ağır metalları mümkün olduğu qədər həyatımızdan uzaqlaşdırmalı və vaxtaşırı olaraq orqanizmi təmizləməliyik.

Bu təmizlənmə prosesini bu reseptlə həyata keçirə bilərsiniz.

 

 

Sizə lazım olacaq:

 Doğranmış keşniş- 1/2 stəkan

 Alma şirəsi -1/2 stəkan

 filtrə olunmuş çiy su-1/2 stəkan

 1 çay qaşığı çayır otu kökü

 

 Hazırlanma qaydası:

Bütün məhsulları blenderdə , eyni kütlə alınanadək qarışdırın.

 Sizin orqanizmin detoksikasiya və iltihabı azaltmaq üçün hər gün səhər yeməyi əvəzinə bu qarışımı için.

 Siz sağlam olmaq üçün hər gün bu içkidən istifadə edə bilərsiniz.

 

 

Reaksiya.az

Şərhlər