Pendirli, soğanlı kökə

Tərkibi: 

2 st. un

2 ç.q. qabartma tozu

0,5 ç.q. soda

0,75 ç.q. dəniz duzu

0,5 ç.q. qara istiot

50 q sürtgəcdən keçirilmiş parmezan (yaxud başqa pendir)

6 x.q. soyuq kərə yağı

1 dəstə göy soğan

150 q yumşaq keçi (yaxud adi) pendiri

0,75 st. qatıq

Sobanı 220 dərəcə qızdırın. 

İri qabda ələnmiş unu, qabartma tozu, soda, duz və istiotu qarışdırın. Parmezanla kubik doğranmış yağ əlavə edib, əlinizlə ovun. Xırda doğranmış göy soğan və keçi pendirinin yarısını əlavə edin. Az-az qatıq əlavə edərək eynicinsli xəmir alınanadək yoğurun. Kündələyin. Un səpilmiş masanın üzərində 1 sm qalınlıqda yayın. Xəmirin yarısına keçi pendirinin qalanını səpin, digər yarısını üzərinə qatlayıb bir də yayın. Bu dəfə qalınlığı 1 sm-dən azca çox olsun. 

Xəmiri perqament döşənmiş siniyə qoyun. Kvadratlara bölün. Üzərinə pendir səpin. Təxminən 15 dəqiqə, qızılı rəng alanadək bişirin. 

Bu kökələri süfrəyə həm isti, həm soyuq halda vermək olar. 

Nuş olsun!

Advertisement Banner

Şərhlər

Çox oxunanlar