800 qr-lıq körpə uğurla əməliyyat olunub

Rusiyanın Ulan-Ude şəhərində qeyri-adi unikal cərrahi əməliyyat keçirilib.

Rusiya mətbuatın məlumatına görə, vaxtından əvvəl doğulmuş 800 qr-lıq körpə çox ciddi mədə-bağırsaq patologiyaları ilə dünyaya gəlib - körpənin bağırsaqları qarın boşluğunda deyil, bayırda idi, qida borusu ilə mədə bitişməyib. Uşağa təcili əməliyyat tələb olunurdu, əks halada körpə tez bir zamanda həlak ola bilərdi.

İlk əməliyyat zamanı cərrahlar uşağın bağırsaqlarını qarın boşluğuna yerləşdiriblər. 2 gündən sonra isə növbəti əməliyyat zamanı mədə borusunun mədə ilə əlaqəsi bərpa olunub.  Hər iki əməliyyat çox uğurla keçib.

Advertisement Banner

Şərhlər

Çox oxunanlar