Xüsusi xidmət orqanları Moskva üzərində naməlum uçan obyekt qeydə aldılar

Moskvada "Skolkovo" üzərində iki naməlum uçan obyektin (NUO) hərəkəti qeydə alınıb. Əslində, adi mülki uçuş aparatlarını görə bilməyən bu radarların NUO-ların uçuşunu qeydə alıb.

Virtualaz.org life.ru-ya istinadən xəbər verir ki, bu hadisə "Skolkovo" innovasiya mərkəzinin hava məkanında noyabrın 2-də baş verib. Mərkəzin üzərində bir neçə uçuş aparatının özbaşına uçuşu qeydə alınıb. Elmi mərkəzin ərazisində gün ərzində görünən iki NUO-nu Vnukovo aeroportunun aviasiya texnikası qeydə alıb.

“Skolkovo” üzərindən uçuşlar kiçik aviasiya, vertolyotlar, yüngül motorlu təyyarələr üçün tənzimlənib. Mülki aviasiya təyyarələri elə sürətlə uçur ki, onların şəklini çəkmək mümkün olmur”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Vnukovo aeroportunun uçuş rəhbəri güc strukturlarına naməlum uçan obyektlərlə bağlı raport yazıb. Xüsusi xidmət orqanları güman edir ki, NUO məlumatın yığılması üzrə kəşfiyyat hədəfinə də malik ola bilər. Hazırda faktla bağlı yoxlama aparılır.

Advertisement Banner

Şərhlər

Çox oxunanlar