Bəzi rayonlara qar yağıb

Noyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçib, bəzi yerlərdə intensiv olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçib, bəzi yerlərdə intensiv olub.

Sputnik nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, düşən yağıntının miqdarı Böyük Qafqazda 2-26, Bakıda və Abşeron yarımadasında 1-5 mm təşkil edib. Qar örtüyünün hündürlüyü Şahdağda 20, Daşkəsəndə 5, Sarıbaş, Gədəbəydə 4, Xınalıq, Göygöldə 2, Qubada və Qubanın dağlıq ərazilərində 1-7 sm olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, bəzi yerlərdə arabir 28 m/s-dək güclənib.

 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar