Yuxusuzluq ABŞ iqtisadiyyatına 411 milyard dollara başa gəlir

02.12.2016 14:47     Maraqlı     1572

Yuxusuzluq ABŞ iqtisadiyyatına 411 milyard dollara başa gəlir.

RAND korporasiyasının “Niyə yuxu mühümdür” adlı hesabatında deyilir ki, yuxusuzluq ölüm riskini 13 faiz atırır və bu da hər il 1.2 milyon iş gününün itirilməsi deməkdir.

Yuxusuzluq təkcə fərdlərin sağlamlığına deyil, milli iqtisadiyyata da ciddi hədədir

​Gündəlik 6-7 saatlıq yuxu iqtisadiyyata 226.4 milyard gəlir gətirə bilər.

RAND-dın araşdırma komandasının rəhbəri Marko Hafnerin dediyinə görə, yuxusuzluq təkcə fərdlərin sağlamlığına deyil, milli iqtisadiyyata da ciddi hədədir. O, yuxusuzluğun produktivliyi azaltdığını və işçilər arasında ölüm hallarını artırdığını deyib.

Araşdırma yuxusuzluğun təsirlərinin Böyük Britaniya, Kanada, Almaniya və Yaponiyadakı fərqinə nəzər salıb.

Məlum olub ki, yuxusuzluqla bağlı ən ciddi maliyyə itkisi ABŞ-dadır. İkinci yeri Yaponiya tutur. Bu ölkədə 138 milyard dollarlıq maddi ziyanla ilə yanaşı, 600 min iş saatının itirildiyi müşahidə edilib.

Kanada yuxusuzluğun təsirinə ən az məruz qalan ölkədir. Burada götəricilər 21.4 milyard dollar və 80 min iş günü ilə hesablanır.

Alimlər yuxu saatlarının müəyyənləşdirilməsi, gündəlik idman və yatmazdan öncə elektron cizahlardan istifadə edilməməsini məsləhət görür.

Şərhlər