Sosial mediadan hədsiz istifadə depressiyaya yol açır

Son araşdırmaya görə, sosial mediadan hədsiz istifadə depressiyaya yol açır. Pittsburq Universiteti alimlərinin tədqiqatları gənclərdə bu səbəbdən nigaranlıq hissinin artdığını müəyyən edib.

Məlum olub ki, 7 ilə 11 sosial media platformalarına müraciət edənlərdə heç və ya 2 platformadan istifadə edənlərlə müqayisədə depressiyaya düşmə halı 3 dəfə artıqdır.

Araşdırmalarda 19-la 32 yaş arasında 1787 amerikalı iştirak edib. Onlara Facebook, YouTube, Twitter, Snapchat, Pinterest, LinkedIn kimi sosial media platformalarına dair suallar verilib.

Alimlər sosial mediadan hədsiz istifadənin depressiyaya niyə yol açdığını bilməsələr də, bəzi nəzəriyyələr irəli sürüb.

Onların dediyinə görə, çoxşahəli fəaliyyət yoxsul idrak və əqli problemlərə yol açır.

Həm də müəyyən yazılmamış qanunlar, mədəni fərziyyələr, habelə hər bir platformanın özünəməxsus cəhətləri ilə istifadəçilərin sayı artdıqca mənfi əhval-ruhiyyə və neqativ emosiyalar yaranır. 

Bundan əlavə sosial mediadan hədsiz istifadə tərbiyəsizliyə də səbəb ola bilər ki, bu da insanları təkrar-təkrar utanmağa vadar edir.(amerikanın səsi)

Advertisement Banner

Şərhlər

Çox oxunanlar