Dünyanın ən böyük yolkası quruldu

26.12.2016 08:16     Maraqlı     1743

Şri-Lankanın paytaxtı Kolomboda dünyanın ən böyük Yeni il ağacı düzəldilib.

Axar.az xəbər verir ki, polad çubuqlar və məftillərdən hazırlanan və milyonlarla rəngli qozalar və yüz minlərlə işıqlarla bəzədilən yolkanın hündürlüyü 73 metrdir. Müəlliflər bildirib ki, onlar bununla müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma simvolu yaratmaq istəyiblər. Onlar dünyanın ən hündür yolkasına görə hətta Ginnesin Rekordlar Kitabına müraciət göndəriblər. Qeyd edək ki, buna qədər dünyanın ən hündür yolkası 2015-ci ildə Çinin Quançjou şəhərində olub. 53 metr hündürlüyündə olan yolka Ginnesin Rekordlar Kitabına düşüb.

Şərhlər